Ölkədə təhsilinə 700 min manat xərclənən şagird var.
Sfera.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycanda bir şagirdin 1 illik təhsilinə ortalama 1100 manat xərclənir. I sinifdən XI qədər bu rəqəm 20 min civarındadır. Bu məbləğ bölgəyə görə dəyişir. Məsələn, Daşkəsəndə həmin məbləğ 90 minə yaxındır. Məktəbdə 1 uşaq varsa, bu məbləğ 700 min manata çatır. Bunlar təxmini rəqəmlərdir. Daha dəqiq məbləğ araşdırılıb növbəti brifinqdə təqdim ediləcək",-nazir qeyd edib.
Firuzə Əliyeva