AZ

Famil Xəlilova hökm oxundu

Qanunsuz narkotik dövriyyəsində ittiham edilən  olan ictimai fəal Famil Xəlilovun məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər belə qənaətə gəliblər ki, müttəhimə külli miqdarda qanunsuz narkotik dövriyyəsi maddəsi ilə verilmiş ittiham eyni maddənin daha yüngül - satış məqsədi olmadan narkotik vasitəni əldə etmə, daşıma və ya saxlama bəndinə tövsif edilməlidir. Eyni zamanda ona cəza təyin edilərkən sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. 

Hökmə əsasən, F.Xəlilova 3 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Həmin cəza 2 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Qeyd edək ki, təqsirlındirilən ictimai fəal sağlamlıq vəziyyəti ilə bağlı ev dustaqlığına buraxılmışdı.

Sail Ağasəlim

Seçilən
45
5
qafqazinfo.az

6Mənbələr