AZ

Kimə dəbdəbəli kurort zonası, qəzzalılara sürgün- Trampın qalmaqallı Qəzza planı başına bəla olacaq...

Image

ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı qalmaqallı plana bənzər təklifi daha əvvəl Şimali Koreya lideri Kim Çen Ina etdiyi etdiyi ortaya çıxıb.

Tramp 2018-ci ildə Kimə nüvə silahından imtina etməsi üçün Şimali Koreya sahillərində dəbdəbəli kurort zonaları tikməyi təklif edib. Lakin Kim bu təklifi rədd edib və Trampın köməyi olmadan öz turizm zonasını yaradıb.

İndi Tramp eyni taktikanı Qəzzada da sınayır, fələstinlilər zorla çıxarıldıqdan sonra ərazini “tətil cənnətinə çevirmək planını” təklif edir. Ancaq gözlənildiyi kimi fələstinliləri Qəzadan zorla köçürmək və onların yerində otellər tikmək fikri sərt təpkilərə yol açıb.

ABŞ senatoru Kris Van Hollen Trampın təklifini “etnik təmizləmə” adlandırıb. ABŞ prezidenti Donald Trampın Qəzzaya sürgün bəyanatından sonra Nümayəndələr Palatasının Texasda olan Demokrat üzvü Al Qrin isə prezident Trampın sözlərini “ədalətsiz” adlandırıb və Trampa qarşı impiçment proseduruna başlayacağını bəyan edib.

Trampın “Qəzza sakinləri başqa ölkələrə köçürülə bilər” və “Qəzza zolağı ABŞ-ın nəzarətinə keçəcək” ifadələrinə sərt reaksiya verən Al Qrin deyib: “Hər yerdə ədalətsizlik hər yerdə ədalət üçün təhlükə. Qəzzadakı ədalətsizlik ABŞ-da da ədalətə təhdiddir”.

Qrin buna görə, Trampa qarşı impiçment prosesini başladacağını bildirib. 

TAHİR





Seçilən
63
baki-xeber.com

1Mənbələr