Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi elmi araşdırmaların təqdimatı və simpozium keçirilib.
Bu barədə Herbiand.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Anar İsmayılov, Baş Klinik Hospitalın və Mərkəzi Hərbi Poliklinikanın nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Simpoziumda Baş Klinik Hospitala və Mərkəzi Hərbi Poliklinikaya müraciət edən xəstələr üzərində aparılan tibbi elmi araşdırmalardan, yeni praktik müalicə yanaşmalarından bəhs olunub. Həmçinin Nevrologiya və dermatologiya bölməsində aparılan elmi tədqiqatın nəticələrinin Q1 kvartilli beynəlxalq elmi jurnalda dərc olunaraq “PubMed”, “Scopus”, “Web of Science” kimi beynəlxalq platformalarda indekslənməsindən danışılıb.