AZ

Trampın ofisi Ukrayna ilə bağlı sülh planını nə vaxt açıqlayacağını bildirib

“ABŞ gələn həftə Münxen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna müharibəsinə son qoymaq planını açıqlamağı planlaşdırmır”.

Missiya.Az xəbər verir ki, bu barədə Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Newsmax” kanalına müsahibəsi zamanı məlumat verib.

"Bəli, biz gələn həftə Münxen Təhlükəsizlik Konfransında iştirak edəcəyik. Bəzi media orqanları gələn həftə sülh planını təqdim edəcəyimizi yazır. Xeyr, bu doğru deyil. Sülh planını Keyt Kelloq yox, ABŞ Prezidenti təqdim edəcək", - deyə siyasətçi vurğulayıb.

Kelloqun sözlərinə görə, Amerika nümayəndə heyəti bütün vəziyyətləri aydınlaşdırmaq üçün Münxendə Avropa liderləri ilə lazımi görüşlər keçirəcək. Bu məlumat daha sonra Trampa ötürüləcək ki, o, sülh planını hazırlaya bilsin.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr