AZ

"Bıçaqlanma hadisəsi cəmiyyətə siqnal olmalıdır" - ETN yanında İctimai Şura üzvü

Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Hadisə həmin gün saat 08:10 radələrində Ucar rayonunun Rəstəcə kənd tam orta məktəbində baş verib. Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. AzNews.az hadisəyə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın münasibətini öyrənib.

G. Əkbərova bildirib ki, son illərdə məktəblilər arasında zorakılıq, bıçaqlanma hallarının artması cəmiyyət üçün ciddi siqnal olmalıdır:

“Hər dəfə belə xəbərləri eşidəndə bir müəllim və bir valideyn kimi içim sızlayır. Çünki bu, təkcə bir şagirdin cinayət törətməsi məsələsi deyil, bütövlükdə ailənin, cəmiyyətin və dəyərlərimizin haradasa zəiflədiyinin göstəricisidir. Bu hadisələrin kökündə nə dayanır? Məktəb öz yerində, amma uşağın tərbiyəsi ilk növbədə ailədə formalaşır. Valideyn övladı ilə yetərincə ünsiyyət qurmasa, onu dinləməsə, ona dəstək olmasa, həmin uşaq özünə başqa bir yol tapacaq. O yol isə çox vaxt zorakılıq, aqressiya və ya cəmiyyətə qarşı üsyan şəklində olur”.

O qeyd edib ki, biz valideynlər çox vaxt düşünürük ki, "evə çörək gətirmək" və uşağın maddi ehtiyaclarını qarşılamaq bizim əsas vəzifəmizdir.

“Amma ən vacib məsələni – onların emosional ehtiyaclarını unuduruq. Övladlarımız bizə nə hiss etdiklərini danışmağa çalışanda, "işim var, sonra danışarıq" deyirik. Onların problemləri bizə kiçik görünür, amma onlar üçün böyük bir dünyanın çöküşü ola bilər. Valideynin diqqətindən kənar qalan uşaq isə öz dərdini başqasında axtarır – bəzən yanlış çevrədə, bəzən isə zorakılıq və aqressiya ilə…

Seçilən
14
aznews.az

1Mənbələr