AZ

"Dərslərin başlama vaxtını məktəb rəhbərliyi və valideynlər müəyyən edə bilərlər"

"Mənim anlayışıma görə məktəbdə dərslərin başlama vaxtını məktəb rəhbərliyi və valideynlər müəyyən edə bilərlər. Bunun üçün nazirliyə ehtiyac yoxdur". 

Ölkə.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə dərs saatlarının dəyişdirilib-dəyişdirilməyəcəyi barədə sualı cavablandırarkən deyib.  O, dövlət qurumlarında iş saatlarının dəyişkən qrafik əsasında tərtib edilməsi barədə bunları söyləyib:
"Kənd yerlərində məktəb deyə bilər ki, dərslər saat 08:00-da yox, 09:00-da başlasın. Hamı bunu istəyirsə, biz buna etiraz etməyəcəyik. Bakıda orta məktəblə bağlı problem ondan ibarətdir ki, dərslə işə getmək arasında əlaqə var. Bir çox valideyn öz uşağını məktəbə qoyur sonra işə gedir. Ona görə də dərslər əsasən saat 08:00-da və ya 08:30-da başlayır ki, övladını məktəbə qoyub işə gedə bilsin. Əgər bu uzlaşmanı tənzimləyə biləriksə, niyə də yox. Bu qərar şəhərimizi daha rahat bir yerə çevirəcəksə, mümkün hesab edirik.  Amma hazırda başa düşmək lazımdır ki, bu necə olacaq?

Məktəbli avtobusları bu mənada konkret həll yoludur və bununla bağlı tapşırıqlar var. Yaxın gələcəkdə məktəbli avtobuslarını görəcəyik". 

Billurə Yunus
 

Seçilən
7
olke.az

1Mənbələr