AZ

Tənqidçi alim İradə Musayeva vəfat edib

Filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva vəfat edib.

Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.

O bir müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub.

O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir sıra monoqrafiya, onlarla elmi məqalə və tədris metodik vəsaitlərin, proqramların müəllifi olub.

Allah rəhmət eləsin!

Seçilən
19
1
qaziler.az

2Mənbələr