Prezident Tehran, Kərəc, Ərak və İsfahanda İstilik Elektrik Stansiyalarında dizel yanacağından istifadənin qadağan edilməsi ilə bağlı fərman imzalasa da, Təbrizlə bağlı bunu etmədi və biz də bu barədə tələb irəli sürmədik.
Bu sözləri Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməst İran televizyasına müsahibəsində aparıcının "Prezident yerlibazlıq edir mi?" sualına cavab olaraq deyib.
"Biz də, Prezidenti Məsud Pezeşkian özümüzdən, azərbaycanlı olduğuna və yerlibazlıq olmasın deyə bu barədə ona təzyiq göstərməyib, məsələni ictimailəşdirmədik",- vali əlavə edib.
Valinin bu açıqlaması təbrizlilərin narazılığı ilə qarşılaşıb, onlar "Azərəncümən" nəşrinin yaydığı müsaibəyə çox sayda şərhlər yazaraq, vali və Pezeşkianı mərkəzi hakimiyyətə yarınmaq üçün azərbaycanlıların hüquqlarına göz yummaqda ittiham ediblər.
Qeyd edək ki, bundan əvvəl Təbriz Şəhər Şurasının başçısı Qulamrza Əhmədi də Məsud Pezeşkianın qərarından narazılığını ifadə edib, bu qərarın təbrizllərin narazlıına səbəb olduğunu deyib.
"Təbrizlilər də Prezidentdən başqa şəhərlərlə yanaşı Təbrizin də İstilik Elektrik Stansiyasında dizel yanacağının qadağa ilə bağlı eyni qərarı verməsini gözləyirdilər",- Şəhər Şurasının başçısı vurğulayıb.
visiontv.az