AZ

Dərsin başlama vaxtını məktəb rəhbərliyi və valideynlər müəyyən edə bilərlər- Nazir belə deyir

Image

Məktəbdə dərsin başlama vaxtını məktəb rəhbərliyi və valideynlər müəyyən edə bilərlər. Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, dərsin başlama saatını dəyişdirmək üçün nazirliyə gərək yoxdur.

"Məsələn kənd yeridir. Dərsin 8-də yox 9-da başlamasını hamı istəyirsə dəyişə bilərlər. Burada problem yoxdur. Bakıda problem nədədir? Burada dərslə-işə getmək arasında əlaqə var. Bir çox valideyn uşağını məktəbə qoyur sonra işə gedir. O səbəbdən məktəb bəzi yerlərdə 8:00-8:30-da başlayır. Əgər bu uzlaşmanı tənzimləyə biliriksə, niyə də saatları dəyişməyək. Amma hazırda bu prosess necə olacaq, onu başa düşməliyik”, - o bildirib.





Seçilən
41
1
baki-xeber.com

2Mənbələr