AZ

Yunanıstan Qərbi Trakya türklərini tanımaqdan yayınır

Avropa Qərbi Trakya Türkləri Federasiyası (AQTTF), Avropa İttifaqının (Aİ) 2025-ci il üçün Hüququn Aliliyi Hesabatına yazılı töhfə verərək Yunanıstanın Qərbi Trakya türklərinin varlığını tanımamaq siyasətini tənqid edib.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Yunanıstanın Qərbi Trakya türk toplumunun etnik kimliyini sistematik şəkildə inkar etdiyi, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarını 17 ildir tətbiq etmədiyi və bölgədəki türk məktəblərinin məqsədli şəkildə bağlandığı bildirilib.

Son tədris ilində daha 4 türk ibtidai məktəbinin bağlanması ilə ümumi sayın 188-dən 86-ya düşdüyü vurğulanıb. İskeçə Türk Azlıq Orta Məktəbi və Liseyinin yeni bina tələbinin rədd edildiyi qeyd olunub.

Yunan mediasında Qərbi Trakya türklərinə qarşı nifrət ritorikasının geniş yayıldığı, Yunanıstanın icma tərəfindən seçilən müftiləri tanımadığı və əvəzinə dövlət tərəfindən təyin olunan müftiləri vəzifəyə gətirdiyi bildirilir.

Nuriyyə Musayeva

Seçilən
0
bakivaxti.az

1Mənbələr