AZ

Nazir kolleclərdə müəllimlik ixtisası üzrə qəbulun məhdudlaşdırılmasına münasibət bildirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz həm kollecdə, həm ali, həm də magistratura pilləsində müəllim hazırlayırıq. Bu da tarixilikdən qaynaqlanır. Vaxtilə müəllim çatışmazlığı olub".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, kollec təhsili ali təhsil müəssisələrinin olmadığı vaxtda yaranıb:
"Müəllim ali təhsilli olmalıdır. Kolleclərdə gələcəkdə köməkçi müəllim, ümumtəhsil müəssisələrində texniki heyət kimi ixtisaslara hazırlıq ola bilər".
Aləmdə Nəsib
Seçilən
8
oxu.az

1Mənbələr