AZ

“Zəngəzur dəhlizi” ilə bağlı heç kimlə sövdələşməyə getməyəcəyik”

Bəzi ölkələr bu gümandadır ki, İran guya “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyindən geri çəkilib.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani fevralın 6-da jurnalistlərlə görüşündə belə deyib.

“Təhlükəsizliyimizlə bağlı mövqeyimizi həmişə aydın şəkildə ifadə edirik. Əgər hansısa ölkənin mövqeyi mövqeyimizə uyğun gəlmirsə, deməli, o ölkə ilə ziddiyyətlərimiz var. Bizim üçün milli maraqlarımız prioritetdir və onlar üzərində sövdələşmə mümkün deyil. Biz “Zəngəzur dəhlizi” ilə bağlı heç kimlə sövdələşməyə getməyəcəyik”, - o əlavə edib.


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr