AZ

Bu ölkə də “Rus Evi”ni bağlayır

Fransa Parisdəki “Rus Evi”nin fəaliyyətini dayandırmaq üçün addımlar atır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.

Onun sözlərinə görə, təşkilatın hesabları dondurulub:

“İndi “Rus Evi”nin hesablarını dondurmaqla işini tamamilə dayandrımağa cəhdlər edilir. “Rus Evi”nin burada ikitərəfli razılaşma əsasında qanuni fəaliyyət göstərdiyini nəzərə alsaq, bu məsələyə dair Fransa ilə kompleks danışıqlar aparılır”.

Qeyd edək ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.

Seçilən
2
3
axar.az

4Mənbələr