Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması” tenderinin nəticələrini elan edib.
Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Tais İKF” MMC (VÖEN: 1400019741) olub.
Qalib şirkətə 3 745 499 manat ödəniləcək.
Tender çərçivəsində 7-17 yaş qrupu üzrə təhsilalanlar səhər, nahar və axşam yeməyi ilə təchiz olunacaqlar. Yemək xidməti 14 menyudan ibarət olacaq.
Xatırladaq ki, “Tais İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı AZ1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.
Bundan başqa, "Tais İKF" MMC 2024-cü il ərzində "Bakı Metropoliteni" QSC-nin stansiyaları, binaları, qurğuları və avadanlıqlarının təmizlənməsi işləri üzrə tenderin qalibi olub. Şirkət bu xidmət üçün 3 992 225 AZN məbləğində müqavilə imzalayıb. Eyni zamanda, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsin keçirdiyi tenderdə qalib gələrək yeməklərin hazırlanması və çatdırılması xidmətini təmin edib. Bu müqavilənin dəyəri isə 201 662 AZN təşkil edib.