AZ

Azərbaycan marketlərində bu ət növünün satışına başlanılıb - Qida üçün məsləhətlidir? 

Paytaxtda fəaliyyət göstərən iri marketlər şəbəkələrinin birində dovşan ətinin satışına başlanılıb. Belə ki, bu marketdə dovşan ətinin kilosu 24,99 manata təklif edilir.


Marketin bu təşəbbüsü vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr davam edir.


Azərbaycanda hansı növ ət məhsullarının satışına rəsmi icazə şəkildə icazə var? Bu ət növünün insan sağlamlığına zərərləri və faydası nələrdir?


Qida eksperti Ağa Salamov "Referans"-a açıqlamasında dovşan ətinin marketlərdə açıq şəkildə satılmasına münasibətini bildirib.




“Dovşan əti, ümumiyyətlə, olduqca faydalı ət növü hesab olunur. Xolestrin, qan təzyiqi, şəkərli diabet kimi ürək-damar xəstələri üçün Avropada ən çox tövsiyə olunan ətlər siyahısındadır. Bu ət növü fosfor tərkiblidir, faydalarını saymaqla bitməz. Lakin İslam dininin yanaşmasına əsasən tək caynaqlı heyvanların yeyilməsi müsbət hal kimi qəbul olunmadığına görə Azərbaycanda bu heyvanın yeyilməsi kütləvi hal almayıb”.

 

Ekspert qeyd edib ki, dini baxımdan deyil qida dəyəri baxımından yanaşıldıqda dovşan ətinin faydaları saymaqla bitməz.


“Bundan əlavə mən özüm Maltada dovşan əti ilə hazırladığım yeməklərin köməyi ilə Azərbaycanı təmsil etmişəm. Bu yarışın nəticəsində gümüş medalla – ikinciliklə təltif olunmuşam. Bildiyiniz kimi, Maltada keçirilən yarışda medal götürmək olduqca çətindir. Yəni Azərbaycan özü milli kulinariyadan əlavə Avropa mətbəxinə aid yarışlarda iştirak etdikdə dovşan ətindən istifadə edir. Mən düşünürəm ki, dovşan ətindən Azərbaycanın bölgələrində də yeyilir. Düzgün qida zəncirini qorumaqla saxlanılması, emalı prosesində kobud səhvlərə yol verilmədən kəsilməsi və yeyilməsi heç bir mənfi hal doğura bilməz”.

 

Fidan Vəlisoy 

Seçilən
19
referans.az

1Mənbələr