AZ

Ermənistan KTMT-nin daha bir tədbirində iştirak etməyəcək


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Parlament komitələri sədrlərinin növbəti iclasında iştirak etməyəcək.

APA Erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin mətbuat katibi Movses Harutyunyan bildirib.

Qeyd edək ki, həmin tədbir fevralın 7-də Moskavada baş tutacaq.
Seçilən
93
5
sherg.az

10Mənbələr