AzVision.az xəbər verir ki, ABŞ prezidentinin Ukrayna problemi üzrə xüsusi nümayəndəsi Kit Kelloq Avropanın Ukrayna ilə bağlı“güzəştlər üzərində işləməyi” planlaşdırdığını iddia edib.
Kelloq bildirib ki, onları üzbəsurət görmək üçün gələn həftə Avropaya getməyimin səbəblərindən biri də budur. Bunu prezidentə çatdırıb deyə bilərəm ki, yaxşı, cənab prezident, bu onların qayğısıdır.
“Problemin mahiyyəti budur. Bu qırğını dayandırmaq üçün planlar qurarkən, oyunda iştirak edən hər kəsi duyduğunuza əmin olmalısınız. Bu şəxsi müzakirələrimizdən sonra siz əslində... güzəştlər üzərində işləyə bilərsiniz”,- Kit Kelloq “Fox News” telekanalında Avropa turnesindən sonraDonlad Trampa necə müraciət edəcəyini açıqlayıb.
Bununla belə, siyasətçi Donald Trampın Ukraynanın NATO-ya üzvlüyü məsələsində hansı mövqedən çıxış edəcəyinə cavab verməyib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta