AZ

Panfarsistlər də türklərə etdiklərinə görə mühakimə ediləcəklər

Güneyli məşhur idmançı və milli fəal Kərim İsmayılzadə İran futbol komandasının azarkeşlərimin türkləri təhqir etməsi haqda yazıb.

O, bu barədə İnstaqram hesabında paylaşım edib.

“Sizin faşist qardaşlarınız olan ermənilər Qarabağı özlərinin hesab edirdilər, ancaq indi mühakimə olunurlar. Sizə söz verirəm ki, panfarsistlər də türklərə etdiklərinə görə mühakimə ediləcəklər”, - İsmayılzadə vurğulayıb.

Qeyd edək ki, yanvarın 26-da “Traktor” və “Perspolis” klublarının qarşılaşması zamanı tehranlı azarkeşlər davamlı olaraq “Traktor” komandasının oyunçuları və azərbaycanlı azarkeşlərə qarşı təhqiramiz və irqçi şüarlar səsləndiriblər.

Onlar meydana yad cisimlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.

Oxuməni.az

Seçilən
4
oxumeni.az

1Mənbələr