Türkiyənin Kars şəhərində keçirilən "Qış təlimi - 2025" hərbi təlimləri uğurla davam edir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, şəxsi heyət soyuq iqlim şəraitində döyüş qabiliyyətlərini artırır, hazırlıq səviyyələrini yüksəldir: "Təlimdə hərbçilər arasında koordinasiya təmin edilir".
Nazirlik rəsmisinin sözlərinə görə, təlimdə iştirak edən hərbçilər "NEFER" zirehli döyüş maşınını, yüngül tipli pulemyot (MPT-76), 5,56 millimetrlik pulemyot, daha bir neçə silah və texnikadan ilk dəfə istifadə ediblər.
Bildirilir ki, təlimlər sabah başa çatacaq.