AZ

Nə öz rolum məni valeh etdi, nə də film...

“Ad günü” filmində çəkiləndə sanki möcüzəli bir yuxuda idim, öz həyatımı yaşamırdım, özümü unutmuşdum. Mustafa obrazını yaşadırdım. 

News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Hacı İsmayılov deyib.

O qeyd edib ki, filmin necə olacağını, taleyinin necə alınacağını bilməyib:

"Yalnız film çəkilib qurtarandan sonra bir gün Rasim müəllim mənə dedi: “Filmi görmək istəyərsən?” Dedim: “Rasim müəllim, böyük məmnuniyyətlə!”

O vaxt direktor zalında bədii şuranın tanınmış adamları oturub filmə baxırdılar. Mən də ilk dəfə “Ad günü”nə baxanda… İnanın, nə öz rolum məni valeh etdi, nə də film..."- deyə, o qeyd edib.

Daha ətraflı videoda:


Seçilən
7
news24.az

1Mənbələr