Azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC baş direktoruna yeni döyüşlə bağlı müraciət ünvanlayıb.
İdman.biz xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Fiziyev paylaşımda yazıb: "Sadəcə, mənə döyüşmək imkanı ver, qardaş".
Qeyd edək ki, Rafael son döyüşünü 2023-cü ilin oktyabrında keçirib. Mateuş Qarmotla görüşdə zədələnən Fiziyev texniki məğlub hesab olunub.
İdman.biz