Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatlardan birinin akkreditasiyasını ləğv edib.
Bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidmətinin saytında məlumat verilib.
“Biz Rusiya səfirini (Andrey Kelini – red.) rus diplomatının akkreditasiyasını ləğv etmək üçün yüksək rütbəli Britaniya rəsmisi ilə görüşə çağırdıq”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu tədbirlər ötən ilin noyabrında britaniyalı diplomatın Rusiyadan qovulması fonunda tətbiq edilib.