Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlər danışıq zamanı ikitərəfli əlaqələr, Suriyadakı hadisələr və Ukraynadakı vəziyyəti müzakirə ediblər.