Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp \"Truth” sosial şəbəkəsində yazıb.
\"Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək. Fələstinlilər artıq bölgədə daha təhlükəsiz və daha gözəl icmalara, yeni və müasir evlərdə yerləşdiriləcəklər”, - Tramp qeyd edib.
O əlavə edib ki, ABŞ əsgərlərinə ehtiyac olmayacaq.
///apa