Türkiyə millisinin tanınmış voleybolçularından Ebrar Karakurt forma geyindiyi Kalninqrad “Lokomotiv”ində dava çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Volley News” məlumat yayıb.
Belə ki, o, əvvəlcə məşq zamanı komanda yoldaşı Yuliye Brovkina ilə mübahisə yaşayıb.
Daha sonra paltardəyişmə otağında söz savaşı əlbəyaxa davaya dönüb. İddialara əsasən, Ebrar dava əsnasında Brovkinaya fiziki şiddət göstərib.
Məlumata görə, digər komanda yoldaşları vəziyyəti sakitləşdirməyə çalışsalar da, türk voleybolçunun əsəbi soyumayıb. O, dava etdiyi həmkarının avtomobilinə də ziyan vurub.
Qeyd edək ki, Hazırda Rusiyanın “Lokomotiv Kalininqrad” komandasında çıxış edən Karakurtun gələn mövsüm “Eczacıbaşı Dynavit”lə Türkiyə Liqasına dönəcəyi də deyilir.