Türkiyə kubokunda qrup mərhələsinin oyunları keçirilir.
Türkiyə kubokunda qrup mərhələsi çərçivəsində "Boluspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər.
"Operativ Media" xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi Bolu təmsilçisi 1-4 hesabı ilə məğlub olub.
"Boluspor"un yeganə qolunu ilk hissənin 12-ci dəqiqəsində Vüsal İsgəndləri vurub.
Qeyd edək ki, Vüsal İsgəndərli matça start heyətdə başlayıb və sona kimi meydanda qalıb.