AZ

ChatGPT-də yeni pulsuz funksiya peyda olub

Bakı. Trend:

“OpenAİ” şirkəti “ChatGPT” süni intellekt proqramında pulsuzistifadəçilər üçün internetdə axtarış imkanlarınıgenişləndirib.

Trend xəbər verirki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, buna qədər yalnız ödənişli abunəçilərə əlçatarolan ChatGPT axtarış sistemi artıq bütün istifadəçilərinsərəncamına verilib və bu funksiyadan istifadə edən zamanqeydiyyatla bağlı çətinliklər yaranmayacaq.

“OpenAİ” öz çatbotunu “Google” və “Bing” kimi axtarışplatformalarına ciddi rəqib etmək niyyətindədir.

“Biz hər kəsin (internetdə) informasiya axtaran zaman ChatGPTnin imkanlarını sınaya bilməsini istəyirik”,- OpenAİ-dən qeydedilib

Yeni axtarış funksiyası “ChatGPT”nin internetdəki aktualməlumatlardan istifadə etməklə, sorğulara operativ şəkildə cavabverməsinə imkan verir. Bu zaman tapılmış məlumatın mənbəsi dəgöstərilir.

Məqalədə:
Seçilən
88
7
az.trend.az

8Mənbələr