AZ

UNEC-də yeni tədris metodu tətbiq olunacaq

UNEC təhsilin keyfiyyətini yüksəltmək məqsədilə növbəti yeniliyin tətbiqinə başlayır. Universitetin rektoru Ədalət Muradovun sözlərinə görə, cari tədris ilinin II semestrindən etibarən UNEC-də Layihə Əsaslı Öyrənmə (PBL – Project-Based Learning) metodu pilot qaydada tətbiq olunacaq.

QHT.az xəbər verir ki, bu yeniliyin icrası ilə bağlı hazırlıq prosesləri artıq müzakirə edilib. UNEC-in bu sahədə əməkdaşlıq etdiyi İsrailli ekspertin iştirakı ilə yeni yanaşmanı tətbiq edəcək altı müəllimlə görüş keçirilib. Görüşdə görülmüş işlər qiymətləndirilib və PBL metodunun uğurla tətbiq olunması üçün atılacaq növbəti addımlarla bağlı qərarlar qəbul edilib.

Yeni tədris metodu ilk olaraq UNEC Dizayn Məktəbində həyata keçiriləcək. Rektor Ədalət Muradov bu yeniliyin universitetdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inandığını vurğulayıb.

UNEC-ə yeni layihədə uğurlar!

Seçilən
36
qht.az

1Mənbələr