AZ

Millinin baş məşqçisi: Bakıdakı Avropa çempionatı gənc badmintonçularımıza böyük təcrübə qazandıracaq

Bakı, 6 fevral, AZƏRTAC

"Turnirdə heç bir rəqibə fürsət yaratmamağa çalışacağıq".

AZƏRTAC xəbər verir ki, bu sözləri badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi Bakıda ilk dəfə keçiriləcək Avropa çempionatına hazırlıqla bağlı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis turnirdə iştirak edəcək bəzi idmançıların gənc olduğunu bildirib: "14 yaşlı badmintonçumuz bu yarışda qüvvəsini sınayacaq. Bu, bizim üçün böyük fəxrdir. Bu turnir gənclərimizə böyük təcrübə qazandıracaq. Çünki onlar çox çətin rəqiblərlə qarşılaşacaqlar. Rəqiblərin arasında Olimpiya medalçıları da var. Bütün bunlara baxmayaraq, yaxşı nəticə göstərəcəyimizə inanıram".

Qeyd edək ki, fevralın 12-16-da Bakı İdman Sarayında təşkil olunacaq Avropa çempionatında Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan olmaqla ümumilikdə 8 ölkənin yığması mübarizə aparacaq.

Seçilən
19
azertag.az

1Mənbələr