AZ

BMT ABŞ və İsrailin İnsan Haqları Şurasından çıxmaq tələbinə münasibət bildirib

İsrail və ABŞ təşkilatdakı statusları ilə bağlı BMT-nin İnsan Haqları Şurasına heç bir bildiriş göndərməyib.

Editor.az xəbər verir ki, BMT İnsan Hüquqları Şurasının mətbuat katibi Paskal Sim bu məsələ ilə bağlı açıqlama verib. “Lakin biz Ağ Evin saytında və İsrailin xarici işlər nazirinin nəşrində bu qərarı gördük”, – BMT sözçüsü bildirib.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Gideon Saar fevralın 5-də ABŞ-ın ardınca yəhudi dövlətinin BMT İnsan Haqları Şurasından çıxmaq qərarına gəldiyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr