AZ

Braziliyalı ulduz karyerasını başa vurdu

Marselo 36 yaşında futboldan getdiyini rəsmən açıqladı.

Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi 16 mövsümü Madrid “Real”ında keçirib və burada 5 Çempionlar Liqası kuboku da daxil olmaqla 25 titul qazanıb. Marselo daha sonra “Fluminense”yə qayıdıb və burada onlara Libertadores Kubokunu qazanmağa kömək edib. Braziliya millisi ilə o, Konfederasiyalar Kuboku və Olimpiya medalı qazanıb.

Müdafiəçi olmasına baxmayaraq, hücum bacarığı və üslubu onu “Santyaqo Bernabeu”dakı yaddaqalan anlarının bir çoxunda cinah oyunçusu kimi fərqləndirib.

Braziliyalı ulduz sosial şəbəkə hesabında bu sözləri qeyd edib:

“18 yaşım olanda “Real” qapımı döydü və mən ora getdim. İndi fəxrlə deyə bilərəm ki, mən əsl Madridistəm. Burada həyat yoldaşımla ailə həyatı qurduq. 16 mövsüm, 25 kubok, 5 Çempionlar Liqası qələbəsi, onlardan biri kapitan kimi… Və “Bernabeu”da çoxlu unudulmaz axşamlar. Nə macəradır! Futbolçu kimi yolum bitdi, amma yenə də futbola kömək edə bilərəm”.

 

Seçilən
10
futbolpress.az

1Mənbələr