AZ

“Emin Əmrullayevin bir şagirdə 20 000 manat və ya 700 000 manat ayrılması fikri absurdur”

“Emin Əmrullayev yalan deyir. Ölkənin təhsil büdcəsinin (4 960 000 000 manat) 47%-i ümumi təhsilə ayrılır. Ümumi təhsildə 1 700 000-yaxın şagird təhsil alır. Ümumi təhsilə ayrılan büdcə vəsaiti 2 331 200 000 manat təşkil edir ki, onu da 1 700 000 şagirdə böləndə orta hesabla 1371 manat edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu təhsil eksperti Elşən Qafarov bildirib.

 

Ekspertin sözlərinə görə, bu rəqəm məktəblətin növünə və yipinə uyğun olaraq azalıb arta bilir: “Yekunda 2 331 200 000 manatı keçməməklə. Nazir özü riyaziyyatdandan danışsa da, heç anlayışı yoxdur. Bir şagirdə 20 000 manat və ya 700 000 manat ayrılması absurdur”.

Tarix: 6 Fevral 2025, 19:33   
Seçilən
40
pravda.az

1Mənbələr