AZ

Türkiyə Kuboku: "Qalatasaray" səfərdə "Boluspor"a qalib gəldi

Türkiyə Kubokunun II turunda "Boluspor" klubu "Qalatasaray"ı qəbul edib.

hakimiyyet.az xəbər verir ki, "Boluspor"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli 11-ci dəqiqədə topu rəqibin qapısına göndərərək komandasını önə çıxarıb. Lakin bu üstünlük uzun sürməyib, çünki "Cimbom"un yeni transferi Alvaro Morata tez bir zamanda bərabərlik qolunu vurub.

Görüş "Boluspor"un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bu nəticədən sonra "Qalatasaray" C qrupunda 4 xalla ikinci yerə yüksəlib, qrupa 6 xalla "Konyaspor" başçılıq edir.

17:39

Türkiyə Kubokunun II turunda "Boluspor" klubu "Qalatasaray"ı qəbul edir.

Oyunu hakimiyyet.az portalından canlı olaraq izləyə bilərsiniz:

Türkiyə Kuboku: "Qalatasaray" səfərdə "Boluspor"a qalib gəldi

hakimiyyet.az xəbər verir ki, Yiğit Arslanın idarə etdiyi görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

Oyunun 12-ci dəqiqəsində "Boluspor"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli rəqibinə qol vurub.

"Qalatasaray"ın cavab qolunu isə doqquz dəqiqə sonra yeni transferi Alvaro Morata vurub.

Hazırda hesab 1:1-dir.

Seçilən
78
1
hakimiyyet.az

2Mənbələr