AZ

"İnnovasiya və Təchizat Mərkəzi" İmtiyazlı xəstələr üçün 17 milyon manatlıq dərman alacaq

“İnnovasiya Və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs dərman vasitələri alacaq.

Valyuta.az xəbər verir ki, “İnnovasiya Və Təchizat Mərkəzi” bununla bağlı tender elan edib.

Tender “İmtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri”nin satın alınmasını əhatə edəcək. 

Satınalma müsabiqəsi martın 2-nə qədər bitəcək. 

Satınalma predmetinin ehtimal olunan qiyməti 17 milyon 135 min 936 manatdır.

Maya Hüseynova

Seçilən
72
valyuta.az

1Mənbələr