Roma Papası Fransisk ukraynalı gəncləri “müharibəni rədd etməyə və bağışlamağa” çağırıb.
Vatican News-un yazdığı kimi, o, bağışlamağın ən vacib şeylərdən biri olduğunu və dialoqun həmişə müharibə üçün "müalicə" olduğunu qeyd etdi.
"Bağışlamaq ən çətin şeylərdən biridir. Bu, hər kəs üçün, hətta mənim üçün də çətindir. Amma bu fikir mənə kömək edir: bağışlandığım kimi bağışlamalıyam. Hər birimiz necə bağışlandığımızı xatırlamalıyıq. Bağışlamaq sənəti asan deyil, lakin biz irəliləməyə davam etməliyik və həmişə bağışlamalıyıq", - o, ukraynalı gənclərlə videokonfrans zamanı deyib.
Nigar