AZ

Çempionlar Liqasında radikal dəyişiklik -

UEFA, Çempionlar Liqasının pley-off mərhələsi ilə bağlı dəyişiklik etməyi nəzərdən keçirir. Metbuat.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək oyunlarda əlavə vaxtın ləğv edilməsi gündəmdədir. "Guardian" qəzetinin məlumatına görə, UEFA-da bəzi dairələr təklifə dəstək veriblər. Təklifə görə, pley-off raundunda qarşılaşmalar zamanı əsas vaxt bərabər olarsa birbaşa penalti zərbələri həyata keçiriləcək. Məlumatda qeyd edilir ki, əlavə vaxtın ləğv edilməsi sıx təqvimlə əlaqədardır. Əlavə vaxtın aradan qaldırılması futbolçuların işini fiziki baxımdan yüngülləşdirə bilər.

Qeyd edək ki, bundan əvvəl bir sıra klublar və futbolçular sıx oyun təqviminə etiraz etmişdi. Hətta futbolçular tətil elan edə biləcəklərini irəli sürmüşdülər.

Seçilən
22
metbuat.az

1Mənbələr