Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunun matçında "Qalatasaray"ı qəbul edib.
Yenisabah.az xəbər verir ki, oyunun 12-ci dəqiqəsində "Boluspor" hesabı açıb. Vüsal İsgəndərli fərqlənib.
Buna baxmayaraq, C qrupunun II turunun qarşılaşması qonaların qələbəsi ilə yekunlaşıb - 4:1.
"Sarı-qırmızılar"ın heyətində Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmed Kutucu (75) fərqlənib.
Telegram kanalımız