Valeybol üzrə kişilər arasında keçirilən Azərbaycan Yüksək Liqasının 9-cu turu bu gün başa çatıb.
Offsideplus.az xəbər verir ki, “Neftçi” və “Xilasedici” komandaları qələbəyə sevinib. Belə ki, “ağ qaralar” “Gənclər” 3:0, “Xilasedici” isə, “Murov Az Terminal”a 3:1 hesabı ilə qalib gələrək qələbəyə sevinib.
Qeyd edək ki, turun digər oyunları isə, dünən keçirilmişdi. Həmin qarşılaşmada “Azərreyl” MOİK-dən güclü olmuşdu-3:0.