AZ

Qeyts Trampla USAID-in gələcəyini müzakirə edib

“Microsoft”un yaradıcısı Bill Qeyts ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işini müzakirə etmək üçün Ağ Evdə prezident Donald Trampla görüşüb.

 

Oxu24.com xəbər verir  ki,O, bu barədə NBC telekanalına müsahibəsində danışıb.

 

Görüş çərşənbə günü, fevralın 5-də baş tutub. Qeyts deyib ki, o, Trampı USAID vasitəsilə xarici yardımı davam etdirməyə çağırıb.

 

Qeyts həmçinin agentliyin bağlanmasının təşəbbüskarı olan İlon Maskla hələ görüşmədiyini bildirib.

 

Fevralın əvvəllərində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Vaşinqtondakı baş qərargah binasından lövhələrin götürüldüyü məlum olub.

 

Amerikalı sahibkar İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini “qurdlar topu” adlandırıb. O əlavə edib ki, USAID-də heç nə qalmayıb və ondan qurtulmaq lazımdır.

 

Musk bu yaxınlarda USAID-i tənqid edərək, agentliyi mövcud olmaması lazım olan “cinayət təşkilatı” adlandırmışdı. O, həmçinin USAID-i “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” kimi təsvir edib. Fevralın 2-də USAID-in saytının və onun X sosial şəbəkəsindəki səhifəsinin fəaliyyətini dayandırdığı barədə məlumat yayılıb.

 

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Maskın USAİD agentliyini bağlamaq vədini şərh edib.

 

Nigar

 

Seçilən
101
32
oxu24.com

10Mənbələr