"Real"ın 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç Madrid klubu ilə müqaviləsini daha bir mövsüm uzatmaq istəyir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.Bildirilir ki, tərəflər arasında Modriçin "Real"dakı gələcəyi ilə bağlı heç bir müzakirə aparılmayıb. Klub və futbolçu yeni müqavilənin müzakirəsini mövsümün sonuna qədər təxirə samaq niyyətindədir. 39 yaşlı yarımmüdafiəçinin ən azı 2026-cı il dünya çempionatına qədər "Kral klubu"nda qalmaq istədiyi vurğulanır.
Qeyd edək ki, xorvatiyalı futbolçunun hazırkı müqaviləsi yayda başa çatır. Modriç 2012-ci ildən "Los Blancos"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 569 matçda iştirak edib, 42 qol vurub və 92 məhsuldar ötürmə edib.