Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan məlumat yayıb.
“Ermənistan tərəfi KTMT-yə üzv ölkələrin parlament komitələri sədrlərinin görüşündə iştirak etməyəcək”, - Arutyunyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan KTMT-də iştirakını dondurub, çünki onun sözlərinə görə, təşkilat respublikanın suverenliyinə təhdidlər yaradır.