AZ

Azərbaycan Kuboku: "Araz-Naxçıvan" "Zirə"yə, "Qarabağ" "Səbail"ə qalib gəldi

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə "Zirə" səfərdə "Araz-Naxçıvan"ın qonağı olub. Görüşün taleyini bir qol həll edib. Muxtar Respublika təmsilçisi penaltidən vurduğu yeganə qol sayəsində qalib gəlib. 

Günün son sınağı isə "Səbail" ilə "Qarabağı" arasında olub. Bütün turnirlərdə keçirdiyi son 4 görüşdə qalib gələ bilməyən "Qarabağ" uğursuz oyunlar seriyasına "ASCO Arena"da son qoyub. Bu görüşün taleyini də 1 qol həll edib.

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 27-28 fevral tarixlərində keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
6 fevral

 "Araz-Naxçıvan" – "Zirə" 1:0 

Qol: Bernardo Dias, 61-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı, Rəhman İmami
Hakim-inspektor: Gülağa Cabarov
Mərdəkan. "Liv Bona Dea Arena".

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 5. Qara Qarayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.

“Zirə”: 97. Tiaqo Silva, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 70. İssa Cibrila, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

"Səbail" – "Qarabağ" 0:1 
Qol:
Yassin Benziya, 35.  
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev, Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
Bayıl. "ASCO Arena".

Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. David Qomis, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 5. Gitay Sofir. 
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 88. Hacıəli Şirəliyev, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Queta, 14. Suleyman Alluş. 
Məşqçi: Elvin Məmmədov. 

Qarabağ”: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 66. Patrik Andrade, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk. 
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 19. Redon Cica, 11. Emmanuel Addai. 
Baş məşqçi: Qurban Qurbanov. 

Seçilən
29
2
fanat.az

3Mənbələr