AZ

KİV: Tramp Yaponiya Baş naziri ilə görüşdə müdafiə xərclərinin artırılmasını tələb edəcək

ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Siqeru İsiba ilə cümə gününə planlaşdırılan danışıqlarda qarşı tərəfi hərbi xərclərini artırmağa inandırmalıdır.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” Amerika hökumtinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Kanalın mənbəsinin sözlərinə görə, Tramp müdafiə xərclərini artırmaq üçün Yaponiyaya təzyiq göstərəcək. Bununla belə, o, Trampın Yaponiya hökumətindən müdafiə xərclərini nə qədər artırmağı tələb edəcəyini bilmədiyini deyib.

Digər ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton üçün Tokionun ABŞ istehsalı olan silahları alması məsələsi xüsusilə vacib olacaq.

Yaponiya rəsmiləri isə Tramp və İsiba arasında gözlənilən görüşdə hərbi xərclərin əsas müzakirə mövzusu olmayacağını bildiriblər.

Yaponiya hələ 2022-ci ildə müdafiə xərclərini 2 %-ə – NATO-nun 2027-ci ilə qədər olan standartı səviyyəsinə qədər artıracağına söz verib.

Seçilən
9
7
report.az

10Mənbələr