AZ

Səudiyyə Ərəbistanı neftin qiymətini kəskin artırıb

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı dövlətinə məxsus Aramco, ABŞ sanksiyaları Rusiyadan neft tədarükünü dayandırdığı üçün Çin və Hindistandan artan tələb fonunda Asiyadakı alıcılara mart ayı tədarükləri üçün xam neftin qiymətini kəskin qaldırıb.

 

Oxu24.com bu barədə Reuters -ə istinadən xəbər verir.

 

Səudiyyə Aramco çərşənbə günü verdiyi açıqlamada bildirib ki, Aramco Arab Light markalı neftin rəsmi müqavilə qiymətini (OSP) bir barel üçün 2,40 dollar artıraraq Oman/Dubay etalonunun orta qiymətindən 3,90 dollara yüksəldib.

 

Şirkət bütün digər regionlar üçün də mart ayında neftin qiymətini kəskin artırıb. Belə ki, Aramco Avropanın şimal-qərbində və Aralıq dənizində alıcılar üçün mart ayı qiymətlərini xam neftin bütün növləri üçün 3,20 dollar, həmçinin ABŞ-a göndərilən növlər üçün rəsmi müqavilə qiymətlərini (OSP) barel üçün 10-30 sent artırıb.

 

Nigar

 

Seçilən
23
oxu24.com

1Mənbələr