AZ

Polis bu sürücünün kimliyini araşdırır VİDEO

Sərnişin aparan taksi sürücüsü hərəkətdə olan zaman telefonda onlayn qumar oynayıb. Sosial şəbəkələrdə yayılan görüntü müzakirələrə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, ekspertlər bildirirlər ki, bu cür davranış sürücünün yalnız öz həyatını deyil, həmçinin sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə təhlükə altına atır.

Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, bu cür halların qarşısını almaq məqsədilə mütəmadi nəzarət və profilaktik tədbirlər həyata keçirilir.

Hazırda polis həmin sürücünün kimliyini araşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
xezerxeber.az

1Mənbələr