AZ

HƏMAS ərəb ölkələrinin liderlərini Qəzza məsələsi ilə bağlı görüşə çağırıb

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra ərəb ölkələrinin liderlərini Qəzza zolağındakı vəziyyətlə bağlı təcili toplantı keçirməyə çağırıb.

“Report” xəbər verir ki, HƏMAS nümayəndəsi Hazem Qasımın müvafiq bəyanatı hərəkatın “teleqram” kanalında dərc olunub.

“Biz Trampın bəyanatlarını qətiyyətlə rədd edirik: Qəzza yalnız onun sakinlərinə məxsusdur və onlar oranı tərk etməyəcəklər. Bununla əlaqədar biz ərəb ölkələrinin başçılarından təcili toplantı keçirməyi və fələstinlilərin zorla çıxarılması planlarına qarşı çıxmaq yollarını müzakirə etməyi tələb edirik”, - Qasım vurğulayıb.

Xatırladaq ki, Tramp artıq bir neçə dəfə Qəzza zolağının sakinlərinin Misir və İordaniyaya və ya digər ölkələrə köçürülməli olduğunu bəyan edib. O bildirib ki, ABŞ anklavı nəzarətə götürməyə, minalardan təmizləməyə və infrastrukturu bərpa etməyə hazırdır.

Seçilən
40
6
report.az

7Mənbələr