İnterpress.az xəbər verir ki, Trampın Ukrayna sülh planı mediaya “sızıb”. Putinlə danışıqlar, Pasxa bayramına qədər atəşkəs və Zelenskinin NATO arzusuna son və s.
Tramp Zelenskini aprelin 20-dək təslim olmağa inandıracaq.
“Atəşkəs aprelin 20-də baş tutacaq və bu, Rusiyanın amansız irəliləyişini dayandıracaq. Ukrayna qoşunları da avqustda əks-hücumun başladığı Rusiyanın Kursk vilayətini tərk etməyə məcbur olacaq. Bildirilir ki, Ukraynanın NATO-ya üzvlüyü qadağan olunacaq və Rusiyanın suverenliyini tanıması tələb olunacaq.
Bu planların həyata keçirilməsinə fevralın əvvəlində Putin və Zelenski arasında telefon danışığı, martın əvvəlində onların görüşü və daha sonra aprelin 20-dək atəşkəslə bağlı rəsmi bəyanat daxil olacaq.
Daha sonra mayın 9-dək müharibənin başa çatması üçün razılaşdırılmış parametrlər haqqında bəyannamə açıqlanacaq, bundan sonra Kiyevdən hərbi vəziyyəti uzatmamaq və qoşunları səfərbər etməmək istəniləcək”.
Xuraman Etibarlı
İnterpress.az