AZ

Paşinyanın ABŞ-dəki fotosunda DİQQƏTÇƏKƏN DETAL – FOTOLAR

Ermənistanın Baş naziri Nikol Paşinyanın xarici işlər naziri Ararat Mirzoyan və bir qrup İrəvan rəsmisi ilə ABŞ-a səfəri maraqla qarşılanıb. Səfər çərçivəsində onlar bir sıra Ağ Ev nümayəndələri və erməni diasporunun üzvləri ilə görüşlər keçiriblər. 

Medianews.az Globalinfo.az-a istinadən xəbər verir ki, Mirzoyanın görüşdən paylaşdığı fotoda Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin divardakı təsviri diqqət çəkib.

Bəs uzun illərdir dünyada məşhur olan bu portretin mənası nədir? Hansı mesajı verir? 

Böyük Britaniyanı İkinci Dünya müharibəsində qələbəyə aparan lider kimi tanınan Uinston Çörçilin bu rəsmi uzun illərdir motivasiya görüntüsü kimi qəbul edilir. Portretdə Çörçilin qələbə ilə bağlı bu məşhur sözlərindən ilhamlanaraq qeyd olunub: “Zəfər üçün heç bir ümidin olmadığı zaman savaşmağa məcbur ola bilərsiz. Çünki qul kimi yaşamaqdansa, yox olmaq daha yaxşıdır. Qələbəyə zəmanət verə bilmərik, sadəcə layiq ola bilərik”.

İddialara görə, II Dünya müharibəsi zamanı  – 1940-cı ildə Böyük Britaniya kralı VI Corc hökuməti tərəfindən Çörçilin bu sözlərindən ilham alınaraq onun “Deserve victory” (Qələbəyə layiq olmaq) yazılan portreti hazırlatdırılır. Bu foto ingilislərin qələbəyə inamı və zəfərinin simvolu kimi qəbul edilir. Sözügedən portret o dövrdə ingilislər arasında təbliğat vasitəsi kimi istifadə olunur və əhalini qələbəyə ruhlandırır. Bu, həmin dövrdə nasist Almaniyası və Adolf Hitlerin sərt və ağrılı propaqanda plakatlarından kəskin şəkildə fərqlənir. Belə ki, Çörçilin portretində Hitlerdən fərqli olaraq “sadə vətəndaş” obrazı hissinin verilməsinə diqqət edilir.

Paşinyanın ABŞ-dəki fotosunda <span style=color:red>DİQQƏTÇƏKƏN DETAL - FOTOLAR

Baş nazirin təsviri yayıldıqdan sonra, 1941-ci ildə eyni pozada SSRİ xalqları arasında müharibəyə ruhlandırma təbliğatı üçün də xüsusi poster hazırlanır. Plakatda sovet əsgəri barmağı ilə izləyicini işarə edir və insanlara “Cəbhəyə nə ilə kömək etdin?” sualı ünvanlanır.

Paşinyanın ABŞ-dəki fotosunda <span style=color:red>DİQQƏTÇƏKƏN DETAL - FOTOLAR

Lakin bu təsvirin ilkin versiyası Birinci Dünya müharibəsində Britaniyanın ən böyük könüllü ordusunu yığan zabit Lord Kitçenerə aiddir. Kitçener müharibəni öncədən bilən və hesablayan uzaqgörən dövlət adamı kimi qəbul olunur. O, müharibə üzrə dövlət katibi və kabinet naziri təyin edilir. Birinci Dünya müharibəsində böyük könüllü ordusu toplayır. Daha sonra onun əsgərlərini vətən uğrunda döyüşə səsləməsini əks etdirən təsviri hazırlanır. Fotoda Kitçener işarət barmağı ilə izləyicini işarə edir və onu mübarizəyə çağırır. Portretin altında “ölkənin sənə ehtiyacı var” sözləri qeyd edilir.

Paşinyanın ABŞ-dəki fotosunda <span style=color:red>DİQQƏTÇƏKƏN DETAL - FOTOLAR

Sözügedən portretin hələ də ingilis ordusuna qəbul mərkəzlərində asıldığı bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın da eyni pozada fotosu çox məşhurdur.

Paşinyanın ABŞ-dəki fotosunda <span style=color:red>DİQQƏTÇƏKƏN DETAL - FOTOLAR

Seçilən
14
2
medianews.az

3Mənbələr