AZ

İmişlidə dəmiryolu keçidi TƏMİR OLUNDU - Daha rahat şərait yaradıldı - FOTO

İmişli şəhərində yararsız vəziyyətdə olan dəmiryol keçidi təmir edilib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, təmir işi İmişli şəhər mərkəzini iki hissəyə ayıran, Ələt-Qaradiz dəmiryol xəttinin Depo və Otuziki adlı yaşayış sahəsindən keçən hissəsində aparılıb.

Belə ki, dəmiryol xətti keçən hissə tamamilə sökülüb, keçid müasir tələblərə cavab verən formada təmir olunub.

Qeyd edək ki, həmin keçiddə yerləşən yol yararsız vəziyyətdə idi, bundan avtomobil sürücüləri əziyyət çəkirdilər.

FOTO QALEREYA
Seçilən
27
avtosfer.az

1Mənbələr